Norveçdən ölkəsinə qayıdan 7 Özbəkistan vətəndaşı peşiman olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onları milli təhlükəsizlik xidməti hər gün 8-10 saat sorğu-suala tutur.
Vətənə dönən özbəklər Norveçdə yaşadıqları dövrdə ailələrinə pul göndəriblər. İndi isə Özbəkistanda bu müddət ərzində harada yaşayıb-işlədikləri, kiminlə görüşdükləri, yaxınlarına necə pul göndərdikləri haqda sualları cavablandırmalı olurlar.