Almaniya təhlükəsizlik orqanları bildiriblər ki, ölkənin qaçqınlar məskunlaşan ərazilərində islam ekstremistləri miqrantları ələ almağa çalışır.
Məlumatlara görə, artıq 340-dan çox qaçqının islam yaraqlıları tərəfindən «verbovka» olduğu barədə xəbərlər var. Hakimiyyət istisna etmir ki, «verbovka» olunanların sayı daha çoxdur, – Alman İnformasiya Agentliyi xəbər yayıb.
Ötən il Yaxın Şərqdən gələn 1 milyondan çox qaçqın Almaniyada sığınacaq axtarıb. Avropa Birliyinin polis xidmətinin məlumatına görə, ötən il terrorçuluqla bağlı mindən çox adam saxlanıb, onların çoxu təqsirli bilinib.