Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Rusiyanın Yekaterinburq şəhərinə gəlib.
Avqustun 15-də F-V.Ştaynmayer rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Məlumata görə, Krımdakı son hadisələr və Suriya böhranı danışıqlarda əsas müzakirə mövzuları olacaq. Bundan əlavə, F-V.Ştaynmayer Ural Federal universitetinin nəzdində fəaliyyət göstərən Rusiya-Almaniya yay məktəbinin açılışında iştirak edəcək.
APA