15 Avqust 2016 20:53
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın 900-ə dək sakini ABŞ-ın ölkədə hava hücumlarından müdafiə sistemi yerləşdirilmək planına etiraz olaraq başlarını keçəl qırxdırıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreya hələ iyulda ölkədə “THAAD” hava hücumlarından müdafiə sistemləri yerləşdiriləcəyini bəyan edib.

Amma buna qarşı çıxan yerli sakinlər hesab edir ki, müharibə baş versə, bu Şimali Koreyanın hədəfinə çevirilə bilər. Bu plan həmçinin Çinin etirazına səbəb olub. Şimali Koreya isə mümkün cavab tədbirləri ilə hədələyib. Sistemin yerləşdirilməsi nəzərdə tutulan Secon sakinlərinin əksəriyyəti müxtəlif cür qovun yetişdirən fermerlərdir. 63 yaşlı fermer Yu Çji Von deyir ki, nəyin ki, Secon, ümumiyyətlə Cənubi Koreyada bu cür sistem yerləşdirilməməlidir. Təşkilatçıların sözlərinə görə aksiyaya 908 adam qoşulub.


Müəllif:

Oxşar xəbərlər