16 Avqust 2016 14:37
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Binali Yıldırım Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxış edib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ haqqında çox sərt sözlər söyləyən Yıldırım ölkədə edam cəzasının qüvvəyə minməsi haqqında danışıb: “Hər kəs etdiyinin cəzasını çəkəcək. Edam birdəfəlik ölümdür, amma çevrilişçilər üçün daha betər ölümlər də var. O da tərəfsiz və ədalətli məhkəmədir”.

Baş nazir daha sonra əlavə edib: “Qan tökən, can alan terror təşkilatlarını bir daha lənətləyirəm. PKK tərəfindən şəhid edilən əsgərlərimizə Allahdan rəhmət diləyirəm. PKK-nın “kürd problemi” deyə bir problem yoxdur. Kürd vətəndaşlarımızn PKK kimi bir problemi var. Bizim də vəzifəmiz bu problemi aradan qaldırmaq, bölgəmizin məsələsini bölgəmizin insanları ilə həll etməkdir.

İrandan, Suriyadan, Türkiyədən torpaq qopararaq qeyri-sabitlik yaratmaq istəyirlər. Türkiyəni də Suriyaya döndərmək, Misirin, Yəmənin gününə salmağa çalışırlar. İstər 15 iyuldan əvvəl, istərsə də 15 iyuldan sonra bu terror təşkilatları bir araya gəlib planlar qurdular. Görəsən, Türkiyədəki daxili qarışıqlığı necə sürətləndirə bilərik? Plan isə Ərdoğanı aradan götürmək və Türkiyəni, adamları bir-birinə vurmaq idi. Bu qardaş davasını sonsuzluğa aparmaq idi. Amma 15 iyul gecəsi onların planı üzərinə başqa plan qurulacağını düşünə bilmədilər. Ərdoğan getdi deyə bir-birlərini təbrik edərkən real vəziyyəti görüb təəccübləndilər. Buna görə FETÖ hesab verəcək. Türk ədalətinə cavab verəcəklər”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər