17 Avqust 2016 10:55
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avqustun 8-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya getdi, Türkiyə ilə Rusiya arasında yeni bir səhifə açıldı. Avqustun 15-də ABŞ daha bir raport açıqlayaraq, İncirlik bazasındakı nüvə raketlərini gündəmə gətirdi. Bütün bunlar nə analama gəlir?"

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, köşə yazarı Taha Dağlı bu suala cavab axtarır.

ABŞ-ın illərlə haqqında bəhs etmədyi İncirlik bazasında nüvə raketləri mövzusunu məhz indi gündəmə gətirməsini sualla qarşılayan müəllif hesab edir ki, 10 gündə iki dəfə fərqli məzmunda yayılmış raportların sətiraltı mənaları var:

"Hər iki raportda İncirlik bazasında Amerikaya aid nüvə raketlərindən bəhs olunur. Sayı verilir, modelləri anladılır. Bazada bütövlükdə 50 nüvə başlıqlı B61 tipli raket varmış, bu hərbi informasiya deşifrə olundu. "Türkiyədə toqquşmalar çıxa, bu halda raketlər başqa güclərin əlinə keçib təhlükə yarada bilər" deyildi".

Köşə yazarı təhlükənin miqyası haqda ekspertlərin iki fikrini önə çəkir: bəzi mütəxəssslər nüvə silahının başqa əllərə düşə biləcəyini əsas gətirərək onları Türkiyədə saxlamağı məsləhət görmür, ikinci qrup ekspertlər isə kimin əlinə keçir-keçsin, gizli kodu olan silahlardan istifadəni mümkünsüz sayırlar.

Köşə yazarının fikrincə, ABŞ əslində Rusiya və İrana yaxınlaşan Türkiyənin nüvə silahına sahiblənə biləcəyinə işarə vurur: "Mütəxəssislərin fikirlərində rus həlqəsinə hətta İran da əlavə olunur, "belə bir durumda Türkiyə nüvə silahı yaratmaq qərarı verə bilər" kimi ifadələr işlədilir".

Taha Dağlı bu tezislərlə Türkiyəyə bir təhdid ünvanlandığını yazır və İraq işğalını örnək gətirir: "ABŞ-ın 2003-cü ildəki İraq işğalını xatırlasaq, o zaman da saxta nüvə raportları hazırlanmış, İraqın nüvə silahı istehsal etdiyi fikri irəli sürülmüşdü. Bu yalanla da İraq işağl olunmuşdu".

Mahir


Müəllif:

Oxşar xəbərlər