Türkiyə hökümətinin Gülən camaatıyla bağlı Almaniyaya yönəlik atdığı addımlar alman hüququnun xəbərdarlığından sonra dəlil çatışmazlığı əsasıyla nəticəsiz qaldı.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, 15 iyulda baş verən çevriliş cəhdindən sonra Türkiyə Fətullah Gülən camaatının Almaniyadakı fəaliyyətinin nəzarət altına alınmasını tələb etmişdi.
Türkiyənin tələbiylə bağlı mətbuata açıqlama verən Berlinin səlahiyyətli şəxsləri Almaniya qanunlarına riayət etdiyi halda Gülən hərəkatına qarşı addım atılmasının qeyri-mümkün olduğunu bildiriblər. Həmçinin, Türkiyənin daxili problemlərinin Almaniyaya təsir etməsinə icazə verməyəcəklərini vurğulayıblar.
Sevinc