18 Avqust 2016 10:35
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul prokurorluğunun terror və mütəşəkkil cinayətlər şöbəsinin prokuroru İsmayıl Ucar tərəfindən istintaqı aparılan cinayət işi ilə əlaqədar 187 şübhəli şəxs haqqında həbs qərarı verilib. Bu əməliyyat Fətullah Gülən camaatının 15 iyulda dövlət çevrilişinə cəhdindən sonra başlanan əməliyyatların tərkib hissəsi hesab olunur.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, şübhəli şəxslər Fətullah terror təşkilatını maliyyələşdirməkdə, terror təşkilatına üzv olmaqda və terror təşkilatı qurmaq, onu idarə etməkdə günahlandırılır. Haqqında həbs qərarı çıxarılan 187 nəfərlik siyahıda Türkiyənin ən imkanlı şəxsləri, holdinq rəhbərləri də var.

187 nəfərlik siyahıda bir nömrəli şəxs TUSKON-un rəhbəri Rizanur Meraldır.

Həmçinin Aydınlı Qrupu, Eroğlu Holdinq və “Güloğlu Paxlava”sında polis araşdırma aparıb.
Güloğlu Paxlavanın sahibləri Fərrux Güloğlu və Necat Güloğludur.

Xəbərdə qeyd edilir ki, İstanbul polisi səhər saatlarından etibarən əməliyyata start verib və təxminənə 100 ünvanda eyni anda əməliyyat keçirib. Məhkəmə qərarı ilə şübhəli bilinənlərin yaşadıqları ünvanlarda və rəhbəri olduqları iri şirkətlərdə axtarışlar aparılıb. Çoxlu sayda məşhur holdinq və şirkətlərdə axtarış, əməliyyat hərəkətləri aparılır.

Qeyd edək ki, adı çəkilən şirkət və holdinqlər nəinki Türkiyədə, hətta ondan kənar ölkələrdə də ticarət şəbəkələrinə məxsusdur.

CAVAD


Müəllif:

Oxşar xəbərlər