19 Avqust 2016 22:14
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın seçki qərərgahının sədri Paul Manafort istefa verib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Manafort Ukraynadakı siyasi partiyaya lobbiçilik etməsinə dair məlumatlara etiraz olaraq istefa verib.

Donald Tramp Manfortun onun seçki kampaniyasındakı işini yüksək qiymətləndirib və onu əsil peşəkar adlandırıb.

Manafort 2004-2010-cu illərdə keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç və onun“Regionlar partiyası”nın seçkiqabağı kampaniyasının müşaviri olub.

Ukraynanın milli antikorrupsiya bürosu Manaforta 12,7 milyon dollar ödənilməsi barədə sənədlər aşkar edib.

ABŞ qanunları lobbiçilərin xarici agent kimi qeydiyyatdan keçməsini tələb etsə də, Manfort tələbə əməl etməyib.


Müəllif:

Oxşar xəbərlər