10:05
Son məlumatlara görə, İtaliyanın mərkəzində gecə baş verən zəlzələ nəticəsində ən azı altı nəfər həlak olub.
Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün operativ qərargah yaradılıb. Milli Geofizika İnstitutu zəlzələni son illərdə baş verən ən güclü təbii fəlakət kimi dəyərləndirib.
Hələlik tarixi və memarlıq abidələrinin uçması barədə məlumat yoxdur.
Zəlzələ, Apenin dağlarının geniş zonasını əhatə edib və bir çox şəhərlərdə hiss edilib. Dağıntılar, Аpеninin mərkəzi aşırımında Qran-Sosso şəhərində və digər yaşayış məntəqələrində qeydə alınıb.
Yeraltı təkanlar İtaliyanın şəhərlərində təşvişə səbəb olub. Minlərlə insan evlərini tərk edib.
Ciddi zərər Amatrice şəhərinə dəyib, evlərin dağıntıları altında qalanlar var. İlkin məlumatlara görə, Amatricedə iki, Akkumoli şəhərində isə dörd nəfər ölüb. Xilasetmə əməliyyatı üçün onlarla yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Qeyd edək ki, İtaliyada sonuncu güclü zəlzələ 2009-ci ildə Lakuila şəhərində baş verib. Onda təxminən 300 nəfər həlak olmuşdu (Azərtac).
***
İtaliyanın Rieti şəhərində güclü zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yerin 10 kilometr dərinliyində meydana gələn təkanların gücü Rixter cədvəli ilə 6,2 bal gücündə olub.
Zəlzələ paytaxt Romada da hiss olunub. Dağıntı və xəsarət haqda hələlik məlumat verilmir.
Mahir