İrəvanda piyadanın ölümü ilə nəticələnən ağır qəza baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ermənistanın Təbiəti Mühafizə Nazirliyində şöbə rəisi işləyən 38 yaşlı Simon Qriqoryan yolu keçmək istəyərkən yüksək sürətlə hərəkətdə olan avtomobil onu vurub və qarşı yola atıb. Bu zaman Qriqoryan qarşı yolda hərəkət edən digər avtomobilin altında qalıb. O, hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Elvin