Avqustun 27-də Türkiyə hava qüvvələri Suriyada ABŞ koalisiyasının dəstəklədiyi kürd döyüşçülərin mövqelərinə zərbələr endirib.
Londonda mənzillənən «Suriyada İnsan Hüquqları Müşahidəçiləri» bildirib ki, Türkiyə qırıcıları, əsasən, kürd döyüşçülərin daxil olduğu və ABŞ koalisiyasının dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) bir neçə gün öncə azad etdikləri Əl-Amarna kəndində hərbi əməliyyat keçirib.
SDQ-nin Cerablus Hərbi Konsulluğu yaydığı bəyanatda bildirib ki, kəndə edilən hücum mülki şəxslər arasında itkiyə səbəb olub və onlar bu hücumları pisləyiblər.