28 Avqust 2016 14:31
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmirdə özəl bir xəstəxanada 140 lirə (77 manat) ödənişi verənə qədər müalicə edilmədiyi iddia olunan və bir müddət sonra ölən 30 yaşlı vərəm xəstəsi Rabia Çiçəyin bacısı yaşanan dəhşət anlardan danışıb.

Teleqraf.com-un "Hirriyet"ə istinadən xəbərinə görə, Abla "xərəyin üstündə ağrılardan qışqıra-qışqıra öldürdülər baçımı" deyib.

Rabia Çiçək özünü pis huss edincə xəstəxanya müraciət edib. Həkimlər ağrıların psixoloji olduğunu deyib və onu evə göndəriblər. Lakin evdə gənc qızın ağrıları daha da artıb. Yenidən özəl bir xəstəxanaya müraciət edən vərəm xəstəsi olan talehsiz qadın iddialara görə bu dəfə 140 lirə ödənişi verə bilmədiyi üçün xəstəxanaya götürülməyib. Yaxınları yalnız 6 saatdan sonra həmin ödənişi ödəyə biliblər. Bundan sonra həkimlər zavallı qıza yardım etməyə başlasalar da, onu xilas etmək mümkün olmayıb.

Bacısının xəstəxanada ağrılar içində öldüyünü söyləyən Tuba "Hər şeyi dediyim halda baxmadılar. Öldürdülər bacımı. Yanlış dərman verdilər, baxımsızlıqdanmı öldü, bilmirəm. Amma onlar qatildir. Bacımın yalnız sancısı vardı. Tibb acizdirmi? Xərçəng olsaydı belə bu qədər tez ölməzdi "deyib.

Səhiyyə Nazirliyi faktla bağlı araşdırmaya başlayıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər