30 Avqust 2016 16:11
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyənin Avropa Birliyinə üzv olması hazırki prezident Rəcəb Tayyib Ərdoğanın dönəmində mümkün deyil".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Avropa Birliyinin komissarı Günter Oettinger deyib:

"2013-cü ildə "Avropa Birliyi Türkiyəyə üzvlük üçün yalvaracaq" demişdim. Bu, Türkiyənin Avropa Birliyi üçün iqtisadi və coğrafi baxımdan strateji ölkə olması ilə bağlı idi. Türkiyə və AB arasında əlaqələrin yaxşılaşması vacibdir. Ancaq bugünkü şərtlərlə üzvlük məsələsi yaxın 10 ildə mümkün olmayacaq. Bu, ən çox Ərdoğanla bağlıdır".

Samir


Müəllif:

Oxşar xəbərlər