"Türkiyə Suriya ərazisindəki əməliyyatları dayandırmalıdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu fikirlər İran Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb:
"Terrorçuluqla mübarizə və regionda təhlükəsizliyin bərpası əsas prioritetlərdəndir. Bu, heç bir halda hansısa ölkənin ərazi bütövlüyünün pozulmasına əsas vermir. Bütün əməliyyatlar Suriya hökuməti ilə razılaşdırılmalıdır. Suriyadakı əməliyyatlar regiondakı vəziyyətə ciddi təsir edə bilər".
Qeyd edək ki, Türkiyə tankları avqustun 23-də Suriyaya daxil olub.
Samir