2 Sentyabr 2016 11:19
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Hakkari bölgəsinin Çukurça rayonunda PKK terrorçularına qarşı əməliyyat keçirilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı baş verən atışma nəticəsində 1 əsgər şəhid olub, 6 təhlükəsizlik işçisi yaralanıb.

Türkiyə Silahlı Qüvvələrinin məlumatına görə, insident zamanı 20 terrorçu öldürülüb. Əməliyyata Türkiyə qırıcıları və helikopterləri havadan dəstək verib.

Samir


Müəllif: