Filippinin Davao şəhərində güclü partlayış baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 10 nəfər ölüb, 60 nəfər yaralanıb.
Məlumata əsasən, partlayış bazarın yaxınlığında törədilib. Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, Filippinin bu il seçilmiş yeni prezidenti Rodriqo Duterte 22 ildən çox Davao şəhərinin meri olub.