Siciliya boğazında 15 miqrantın meyiti aşkarlanıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, meyitləri “Sərhədsiz həkimlər” təşkilatına məxsus gəminin ekipajı aşkar edib.
Məlumata görə, xilasetmə əməliyyat zamanı 134 nəfər xilas edilib.
Ölən miqrantların milliyyəti barədə hələ ki, məlumat yoxdur.