17 Sentyabr 2016 11:14
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Seyran Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi olmayacağını açıqlayıb.

Teleqraf.com-un xarici mediaya istinadla verdiyi məlumata görə, Ohanyan müdafiə naziri vəzifəsini hələ icra etdiyini və hər hansı beynəlxalq strukturda işləməyə hazırlaşmadığını söyləyib.


Seyran Ohanyan qeyd edib ki, hökumətdə baş verən dəyişikliklər hamı kimi ona da toxuna bilər: “Dəyişikliklərin öz prosedurları var və siyasi güclər onları həyata keçirir. O ki, qaldı mənim KTMT baş katibi vəzifəsinə təyinatıma, belə təklif olmayıb.

“Əgər KTMT baş katibi olmaq barədə təklif alacaqsınızsa, onu rədd edəcəksiniz” sualına belə cavab verib: “Birmənalı!”

KTMT-nın hazırkı baş katibi Nikolay Bordyuja bir müddət əvvəl verdiyi açıqlamasında təşkilatın yeni baş katibinin bu il oktyabrın 14-də İrəvanda keçiriləcək iclasda müəyyənləşəcəyini, xələfinin isə Ermənistan təmsilçisi olacağını bildirib. "İnterfaks" agentliyi sentyabrın 11-də öz mənbələrinə istinadən KTMT-nın yeni baş katibinin Seyran Ohanyan ola biləcəyi barədə xəbər yayıb.

2017-18-ci ildə hökumətdə təmsil olunub-olunmayacağına gəlincə, Ohanyan deyib: “Bunu hakimiyyəti formalaşdıranlardan soruşun”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər