17 Sentyabr 2016 16:52
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kiyevdəki səfirliyi Ukrayna Xarici İşlər Nazirliyinə etiraz notası verib.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, notada sentyabrın 17-də gecə Rusiyanın Kiyevdəki səfirliyinə hücumla bağlı araşdırma aparılması və diplomatik missiyanın təhlükəsizliyinin təmin olunması tələb olunur.

Rusiyanın Kiyevdəki səfirliyi sentyabrın 17-də gecə naməlum şəxslərin hücumuna məruz qalıb.

Məlumata görə, 20-dək naməlum şəxs diplomatik missiyanı fişənglərdən atəşə tutub, sonra isə hadisə yerindən qaçıb.

Hadisə nəticəsində zərərçəkən olmayıb, binaya ciddi ziyan dəyməyib.


Müəllif:

Oxşar xəbərlər