21 Sentyabr 2016 10:07
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ hakimiyyəti Suriya məsələsində Moskva və Vaşinqton arasında hərbi əməkdaşlıq haqqında sazişin imzalanmasının hələ tez olduğunu hesab edir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müavinin müşaviri Ben Rods deyib: "Hərbi əməkdaşlıq sazişi atəşkəs razılaşmasının tam yerinə yetirilməsini gözləməlidir".

Rodsun sözlərinə görə, ABŞ Rusiyanın bundan sonra ata biləcəyi addımlardan narahatdır. O, Hələbdə BMT-nin humanitar karvanına edilən hücumla bağlı fikirlərini bölüşüb.

Ağ Ev nümayəndəsinin fikrincə, hadisədə məsuliyyəti rəsmi Moskva daşıyır: "Hələbdə humanitar karvana edilən hücum ya Suriya, ya da Rusiya qırıcıları tərəfindən həyata keçirilib. ABŞ hesab edir ki, bu məsələdə məsuliyyət Rusiyanın üzərinə düşür".

Bu arada, Rusiyanın bu ittihama cavabı gecikməyib. Rusiya xarici işlər nazirinin sözcüsü Mariya Zaxarova Ben Rodsunfikirlərini təkzib edib: "ABŞ-ın bu ittihamları yersizdir. Rusiyanın bu hücumla heç bir əlaqəsi yoxdur".

Qeyd edək ki, məlum hadisə zamanı çox sayda insan həlak olub, 31 avtomobillik karvanda 18 maşın yararsız hala düşüb. Hadisədən dərhal sonra BMT Suriyaya humanitar yardımları dayandırıb.

Samir


Müəllif:

Oxşar xəbərlər