23 Sentyabr 2016 17:14
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Fətullahçı Terror Təşkilatına (FÜTÖ) qarşı aparılan araşdırma çərçivəsində sözügedən təşkilatın lideri Fətullah Gülənin qardaşı qızı polis tərəfindən Balıkesirdəki evində saxlanılıb.

Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Gülənin Əminə adlı qardaşı qızının Balıkəsirdə Ədrəmit mahalındakı evinə səhər saatlarında əməliyyat təşkil ediblər. Saxlanılan qadının telefon zəngləri araşdırılıb, onun son vaxtlar ABŞ abunəçiləri ilə əlaqə saxladığı üzə çıxıb.

“Mahalın bacısı” kimi tanınan Əminənin evindən seriya nömrəsi F-lə başlayan 2 ədəd bir dollarlıq əskinas və F.Gülənə məxsus çoxlu sayda fotoşəkil və kitab aşkarlanıb.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər