26 Sentyabr 2016 14:01
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniyada feysbuk səhifəsində karikatura paylaşmaqla islamı təhqir etməkdə günahlandırılan karikaturaçı rəssam Nahid Hattar öldürülüb.

Teleqraf.com xəbər verir ki, xristian olan Hattar paytaxt Əmmanda məhkəmə binası qarşısında silahlı hücuma məruz qalıb.

Hücum zamanı ona 3 güllə dəyib. Hadisə yerində öldürülən Nahid Hattarın qatilinin tutulduğu elan edilib.

Nahid Hattar islam dinini təhqir etdiyi üçün avqustun 15-dən nəzarətə götürülmüşdü. O, feysbuk səhifəsinə qoyduğu karikaturada yataqda iki qadınla siqaret çəkən saqqalı “Tanrıdan” şərab və fıstıq gətirməyi istəyirdi.

Karikatura böyük rezonansa səbəb olmuşdu. Bundan sonra Nahid Hattar islamı və Tanrını təhqir etməkdə günahlandırıldı. O özü isə iddia edirdi ki, məqsədi islamı deyil, radikal islamçıların cənnət təsəvvürünü təqdim və tənqid etmək olub.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər