27 Sentyabr 2016 20:54
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölkənin dini lideri Əli Xamneyiyə məktub yazıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Əhmədinejat məktubunda 2017-ci ildə keçiriləcək prezident seçkilərində prezidentliyə namizədliyini irəli sürməyəcəyini bildirib.

Bu barədə Əhmədinejadın müşaviri vəzifəsində işləmiş Əli Əkbər Cavanfikr jurnalistlərə açıqlamasında məlumat verib.

Əhmədinejadın məsələ ilə bağlı ölkənin dini liderinə məktub ünvanlaması, Xamneyinin qarşıdan gələn seçkilərdə onun prezidentliyə namizədliyini irəli sürməsini məsləhət bilmədiyini bildirməsindən bir gün sonraya təsadüf edib.

Əli Əkbər Cavanfikr deyib ki, məktubun tam mətni yaxın vaxtlarda yayımlanacaq: “Əhmədinejad Xamneyiyə yazdığı məktubda bildirib ki, onun istəyinə əməl edərək prezidentliyə namizədliyini irəli sürməyəcək və bununla bağlı hər hansı bir proqramı və niyyəti də yoxdur”.

Qeyd edək ki, Əli Xamneyi sentyabrın 26-da Əhmədinejadın növbəti prezident seçkilərində namizədliyini irəli sürməsinə qarşı olması barədə yayılan məlumatları təsdiqləyib.

Xamneyi Əhmədinejadın adını çəkmədən deyib ki, o, keçmiş prezidentin növbəti seçkilərdə prezidentliyə namizədliyini irəli sürməsinin məqsədə uyğun olmadığını onun özünə də bildirib: “Məsələ ilə əlaqədar ağalardan biri yanıma gəlmişdi. Mən isə bəzi mülahizələrə görə ona dedim ki, yaxşısı budur ki, prezident seçkilərinə qatılmayasınız”.

Samir


Müəllif:

Oxşar xəbərlər