Suriyanın şimalında Çobanbəy rayonunda İŞİD-in hücumu nəticəsində 3 türk əsgəri yaralanıb.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.
Yaralı əsgərlər xəstəxanaya yerləşdiriliblər
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən "Fərat qalxanı" adı altında Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb.