30 Sentyabr 2016 13:47
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Bəxtiyar Əliyev Böyük Britaniya Lordlar Palatasının üzvü Baronessa Koksun Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirmək cəhdini tənqid edib.

Teleqraf.com-un xəbərinə görə, deputat deyib ki, hər zaman ermənipərəst mövqeyi ilə seçilən Baronessa Koks Dağlıq Qarabağa gələrək, separatçı rejimin əsgərləri qarşısında çıxış edib və deyib ki, “siz burada xristianlığı müdafiə edirsiniz”.

Spiker Oqtay Əsədov deputatın çıxışına reaksiya verib və bildirib ki, artıq ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yeni formada dünya ictimaiyyətinə çatdırmağa çalışır və bu istiqamətdə iş aparır: “Bu da ondan ibarətdir ki, ermənilər Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirərək, təqdim etməyə çalışırlar. Mən bu yaxınlarda AŞPA-ya üzv ölkələrin parlament sədrlərinin toplantısında da çıxış edərək, Ermənistanın bu siyasəti haqqında məlumat verdim. Bildirdim ki, bəzi qüvvələr Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirməyə çalışırlar”.

Britaniyalı parlamentariyə gəldikdə, Oqtay Əsədov deyib ki, Baronessa Koks heç bilmir atası kimdir.

NEMƏT


Müəllif: