30 Sentyabr 2016 20:39
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ ilə Suriya məsələsində anlaşma əvvəlki kimi işləyir".

Teleqraf.com xəbər verir ki, bunu BBC-yə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov əlavə edib ki, ABŞ Suriyada vədlərinə əməl etmir: "ABŞ terrorçularla müxalifləri ayırd edə bilmir. Hazırda Vaşinqton terrorçulardan Əsədlə mübarizədə istifadə edir".

Rusiya XİN rəhbərinin sözlərinə görə, Bəşər Əsədin hakimiyyətdən getməsi Suriya ilə bağlı razılaşmanın şərti olmayıb: "2012-ci ildə Cenevrədə əldə edilən razılaşmada yerli hökumətlə əməkdaşlıq ediləcəyi ilə bağlı xüsusi hissə vardı. Bu razılaşma imzalandı və yalnız 1 ildən sonra onlar dedilər ki, Əsəd istefa verdikdən sonra bu razılaşmanı dəstəkləycəklər".

Samir


Müəllif:

Oxşar xəbərlər