30 Sentyabr 2016 20:25
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya prezidenti Vladimir Putinin Suriya siyasəti rəsmi Moskvanın maraqlarına xidmət edir".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Fransanın sabiq baş naziri Fransua Fiyon RMS radiostansiyasına müsahibəsində deyib:

"Putin Suriyada Rusiyanın maraqlarını qoruyur. Qərb Rusiyanı Hələbi bombardman etməkdə qınayırlar. Ancaq Qərb dövlətləri özləri heç nə etmir. Onlar deyir ki, Hələbdə faciə yaşanır. Həmin dövlət özləri faciənin qarşısını almağa cəhd göstərmirlər".

Rusiya - vəziyyətin sahibidir

Diplomat bildirib ki, Rusiyanın Hələbi bombardman etməsinə nə Qərb, nə də ki ABŞ qarşılıq verəcək: "Vəziyyətə Rusiya nəzarət edir. Digərləri isə sadəcə müşahidə edir. Ən qısa zamanda Rusiya, ABŞ, İran, Türkiyə və region ölkələrinin liderlərinin iştirakı ilə toplantı keçirilməlidir. Hazırda Rusiya özünü vəziyyətin sahibi kimi təqdim edir. O, Suriyada fəaliyyət göstərən yeganə ölkədir".

Qərbin mövqeyi yanlışdır

Fiyonun fikrincə, Qərb Suriya məsələsində böyük yanlışlığa yol verib: "Qərb dövlətləri hesab edirdilər ki, Əsəd hökuməti getməmiş bu böhranın həlli mümkün deyil. Bu, yanlış mövqedir. Əsəd rejimi getməyəcək, çünki onları ölkədə həm ələvilər, həm də xristianlar müdafiə edir. Qərbin strategiyası onlara Suriyada qələbə qazanmağa imkan verməyəcək".

Samir


Müəllif:

Oxşar xəbərlər