İsrailin ötən həftə vəfat edən sabiq prezidenti Şimon Pereslə bağlı gözlənilməz fakt ortaya çıxıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İsrail baş naziri Binyamin Netanyahu İrana qarşı hücum hazırlığında olub, lakin planı sabiq İsrail prezidenti Şimon Peres dayandırıb.
Şimon Peres iki il əvvəl “Jerusalem Post” qəzetinə verdiyi müsahibənin müəyyən hissəsi yenidən yayımlanıb.
Peresin jurnalistə “ancaq mən öldükdən sonra bu hissəni yayımlayarsınız” dediyi bölümdə iddia edib ki, baş nazir Netanyahunun İrana hücum planını şəxsən özü əngəlləyib.
Prezident əlavə edib ki, əgər baş nazirin İrana hərbi hücumu reallaşaydı, bu, fəlakətə səbəb olardı.
Mərhum prezidentin “Jerusalem Post” qəzetinə verdiyi və bu gün açıqlanan fikirlərini olduğu kimi diqqətinizə çatdırırıq: “Detallı danışmaq istəmirəm. Ancaq Netanyahunun İrana hücuma hazır olduğunu və onu mən dayandırdığımı açıq deyə bilərəm. Netanyahunun İrana hücumunun qarşısını aldım. Baş nazirə bunun nəticələrinin fəlakətli olacağını söylədim”
İsrail İranın nüvə proqramına qarşı çıxır, 5+1 formatında əldə edilə razılaşmanı öncədən tənqid edirdi. Netanyahu İranla bağlı açıqlamalarında İsrailin nüvə silahına malik olduğunu hər fürsətdə dilə gətirirdi. Eyni zamanda qeyd edirdi ki, İranın nüvə silahına malik olması region ölkələri üçün təhddidir.
NEMƏT