Rusiya və Türkiyə "Türk axını" qaz kəmərinin tikintisinə dair hökumətlərarası saziş imzalayıblar.
Teleqraf.com-un məlumatına görə, Rusiya tərəfdən sənədi Rusiyanın Energetika naziri Aleksandr Novak imzaladı, Türkiyə tərəfdən isə Energetika və Təbii sərvətlər naziri Berat Albayrak imzalayıb.
Qeyd edək ki, "Türk axını" müqaviləsi Rusiya qazının Türkiyə vasitəsilə Avropaya daşınmasını nəzərdə tutur.