Rusiya prezidenti Vladimir Putin Fransaya səfər etməyəcək.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Kremldən bildiriblər: "Prezidentin oktyabrın 19-a planlaşdırılan səfəri baş tutmayacaq".
Kremldən Putin-Olland görüşü ilə bağlı açıqlama
Rusiya prezidenti Vladimir Putinin Fransa səfərinin təxirə salınmasına aydınlıq gətirilib. Bununla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri peskov məlumat verib.
Onun sözlərinə görə, səfərin təxirə salınmasına səbəb Rusiya Mədəniyyət Mərkəzinin açılışı ilə bağlı tədbir olub: "Təəssüflər olsun ki, tədbirlə bağlı yığıncaqların keçirilməsi səfərin təxirə salınmasına gətirib çıxardı. Putin Fransa səfərini Fransua Ollandın münasib vaxtında həyata keçirəcək".
Xatırladaq ki, ötən həftə Kremlin sözçüsü Dmtiri Peskov bu səfərə hazırlıq görüldüyü və əlavə məlumatın veriləcəyini bildirmişdi. Dünən isə Fransa prezidenti Fransua Olland Suriya böhranının nizamlanması prosesində fikir ayrılıqları fonunda Putinlə görüşün məqsədəuyğun olmadığını deyib.
Samir