13 Oktyabr 2016 10:35
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı "cinsi təcavüz" ittihamı irəli sürülüb.

Teleqraf.com "New York Times" qəzetinə istinadən xəbər verir ki, Cessika Lids və Reyçel Kruks adlı iki qadın Trampın onları zorladığını iddia edib.

Lids bildirib ki, onunla bağlı hadisə Nyu-Yorka uçduğu zaman təyyarədə olub. Kruks isə oxşar olayın 22 yaşında olarkən, Trampın evində çalışdığı zaman baş verdiyini deyib.

Tramp isə bu iddiaların yalan olduğunu açıqlayıb: "Belə bir hadisə baş verməyib. Onlar yalan danışırlar. Bu qadınlar çox iyrəncdirlər".

Samir


Müəllif:

Oxşar xəbərlər