Rusiya prezidenti Vladimir Putin Hindistanın şimali-qərbində yerləşən Goa şəhərində keçirilən 8-ci (Braziliya, Rusiya, Hindistan, Çin və Güney Afrika) Zirvə toplantısında ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etməyəcəklərini bildirib.
Putin ona yönələn suala cavab olaraq “Hər kəs sakit olsun, ABŞ-dakı seçki prosesinə müdaxilə etmək planımız yoxdur”, deyə qeyd edib.
Donald Trampın terrorla mücadilədə əməkdaşlıq təklifilə çıxış etdiyini nəzərə çatdıran Putin Hillari Klintonun Rusiyaya qarşı aqressiv mühüt yaratmaq üçün seçildiyini qeyd edib.
"Seçkilərdən sonra münasibətlərimizin necə olacağını bilmirəm” deyən Putin “Seçkidən sonra Tramp bizimlə əməkdaşlıq edəcəkmi, yaxud Klinton aqressivliyini davam etdirəcəkmi bilmirəm. Amma təbii olaraq bizimlə əməkdaşlıq etmək istəyənlərin üzünə qapımız açıqdır", bildirib.
Putin bildirib ki, Rusiyanın ABŞ-la qarşı-qarşıya gəlmək niyyəti yoxdur. Amma kimsə qarşı-qarşıya gəlmək sitəyirsə, bu bizim seçimimiz deyil. Biz bunu istəmirik, əksinə qlobal problemlərin birlikdə həll edilməsində maraqlıyıq”.
Putin ABŞ prezidentinin köməkçisi Co Baydenin Rusiya tərəfindən həyata keçirildiyi bildirilən kiber hücumlara qarşı müvafiq addımlar atılacağına dair açıqlamasına da münasibət bildirib. O, deyib ki, "Kiber hücumlara dair şahid və sübutlar var. ABŞ təkcə potensial təhlükə saydığı ölkələr deyil, ən yaxın müttəfiqlərinə qarşı da casusluq edir. Casusluq etmək üçün milyardlar xərcləyən amerikalı dostlarımızdan hər şey gözləmək olar”
Ruslan