20 Oktyabr 2016 11:15
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mosul əməliyyatlarının dördüncü günündə də şiddətli toqquşmalar davam edir. Əsas döyüşlər Mosulun Navaran bölgəsində gedir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, cənubdan İraq ordusu, şərqdən isə зeşmərgə qüvvələri 3 gün ərzində 552 kilometrlik əraziyə nəzarəti ələ alıb. Məlumatlara görə, İraq ordusu, Haşdi Şabi və peşmərgə Geyara bölgəsində 21 kəndi terrorçulardan təmizləməyə nail olub.

İŞİD-ə qarşı quru əməliyyatlarına rəhbərlik edən general-mayor Qari Vileski bildirib ki, əməliyyatlar başlandığı gündən terrorçuların liderləri Mosulu tərk edərək, başqa bölgələrə qaçıblar.

Türkiyənin "Anadolu" agentliyinin yaydığı məlumatda peşmərgə qüvvələrinin Başikanı azad etmək üçün 3 cəbhədən hücuma keçdiyi açıqlanıb. Bildirilib ki, peşmərgə Başikanı azad edib, xristianların yaşadığı Tılkef rayonuna qarşı hücuma hazırlaşacaqlar. İraq ordusu isə Başikanın cənub-şərqindəki Həmdaniyə rayonunun bir qismini ələ keçirib.

Bu arada, CNN telekanalına açıqlamasında İraq kürd muxtariyyətinin rəhbəri Məsud Barzani Mosul əməliyyatlarından danışıb. O bildirib ki, böyük və çətin Mosul döyüşləri qarşıdadır: "Ancaq mən əminəm ki, İraq ordusunun yardımı və koalisiya qüvvələrinin dəstəyi ilə peşmərgə bunu bacaracaq".

Samir


Müəllif:

Oxşar xəbərlər