24 Oktyabr 2016 22:53
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalındakı İdlib şəhərinin müxalifətin nəzarətində olan Xan Şeyhun və Kefr Teharima qəsəbələrinə edilən hava hücumu nəticəsində 8 mülki şəxs ölüb, azı 80 nəfər yaralanıb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hüquq müdafiəçisi Ömər Ulvanın sözlərinə görə, Rusiya ordusuna məxsus döyüş təyyarələri Kefr Teharimdə parlament binasını bombalayıb və nəticədə 3 nəfər dünyasını dəyişib.

O, rus döyüş təyyarələrinin Xan Şeyhun qəsəbəsində vətəndaşların məskunlaşdığı binanı hədəf aldığını qeyd edib. Ömər Ulvan deyib ki, bombardman nəticəsində 5 nəfər həyatını itirib, azı 80 mülki şəxs isə yaralanıb.

Azad Suriya Ordusunun Hələbdəki sahə komandiri Mahmud Əbu Əsəd isə bildirib ki, Rusiya ordusuna aid döyüş təyyarələri Hələbdə müxalifətlə vuruşan Suriya ordusuna havadan dəstək verməkdə davam edir.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər