25 Oktyabr 2016 00:52
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Trampın seçki qərargahı Demokratlar partiyasının namizədi Hillari Klintonla 4-cü dəfə debat keçirilməsi təklifini irəli sürüb.

Teleqraf.com-un xarici mediaya istinadən verdiyi məlumata görə, D.Trampın seçki kampaniyasının meneceri Kellian Konuey daha bir müzakirəyə ehtiyac olduğunu bildirib: “Səmimi deyək, daha bir debat görmək istərdik. Demokratlar münasib vaxt tapsa, biz 4-cü debatı təşkil etmək istərdik. Düşünürəm ki, Hillari Klinton Donald Trampın çağırışına müsbət cavab verəcək”.

Qeyd edək ki, namizədlərin debatlarının final raundu oktyabrın 19-da keçirilib. Seçki kampaniyası çərçivəsində baş tutan 3 debatda namizədlər bir-birinə qarşı sərt ittihamlar səsləndirib. Rəy sorğularına görə, Klinton Trampı reytinqdə qabaqlayır.

Xatırladaq ki, ABŞ-da prezidentin seçkiləri noyabrın 8-də olacaq.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər