25 Oktyabr 2016 00:39
1 857
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidenti Həsən Ruhani Türkiyəni nəzrdə tutaraq rəsmi Bağdadın icazəsi olmadan üçüncü ölkənin İraqa girməsini "çox təhlükəli nəticələrə çıxaracaq addım" kimi qiymətləndirib.

Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, Ruhani Araq şəhərində jurnalistlərə açıqlamasında bildirib ki, əgər İraq və Suriya hakimiyyətləri icazə verərlərsə digər qüvvələr bu ölkələrin sərhədləri daxilində terrorçuluğa qarşı mübarizə apara bilərlər. Amma icazə olmadan bu ölkələrin ərazilərinə daxil olaraq hərbi əməliyyatlar aparmaq beynəlxalq hüquqa ziddir.

Ruhani ölkə adı çəkmədən deyib ki, İran hakimiyyətin razılığı olmadan kənar qüvvələrin hansısa ölkənin ərazisinə daxil olmasını çox təhlükəli hal sayır: "Sərhədlərin dəyişdirilməsi çox təhlükəlidir".

İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Kasımi isə Türkiyənin Mosulda hərbi əməliyyat aparmasını sərt tənqid edərək "terrorçuluğa qarşı mübarizə adı altında başqa ölkənin ərazi bütövlüyünü pozmaq qəbul ediləcək durum deyil" bildirib.

Ruslan


Müəllif:

Oxşar xəbərlər