İraqın Kərkük şəhərində eyni vaxtda 4 yerdə terror hadisəsi törədilib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, partlayıcılardan biri körpü, digərləri isə yaşayış massivlərində olub.
Məlumatda qeyd olunur ki, bir neçə gün öncə Kərkükə keçən terrorçular bu gün intihar hücumu təşkil ediblər.
Partlayışlar nəticəsində ölən və yaralananların sayı açıqlanmır.