BMT 2016-cı ildə dəniz yolu ilə Avropaya keçməyə çalışan qaçqın sayının azalmasına diqqət çəkib. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Avropaya sığınmaq istəyən və bu səbəbdən həyatını itirənlərin sayı əvvəlki illə müqayisədə 3 dəfə artıb.
BMT-nin Mühacirlər Üzrə Komissarlığının sözçüsü Uilyam Spindler Cenevrə Ofisində təşkil edilən mətbuat konfransında bu ilin əvvəlindən etibarən Aralıq dənizində həyatını itirən şəxslərin sayının 3 min 740 nəfər olduğunu açıqlayıb.
Spindler 2015-ci ildə Aralıq dənizində həyatını itirən mühacirlərin sayının 3 min 771 olduğunu xatırladaraq 2016-ci ili sığınacaq axtaran şəxslərin ölümləri baxımından “ən pis il” olduğunu bəyan edib.
Ötən il Aralıq dənizindən Avropa sahillərinə 1 milyon 15 min 78 mühacirin getdiyini xatırladan BMT nümayəndəsi 2016-ci ildə bu rəqəmin 327 min 800 olduğunu söyləyib.
Spindler, 2015-ci ildə hər 269 şəxsdən birinin Aralıq dənizində həyatını itirməsinə baxmayaraq, 2016-cı ildə bu rəqəmin 3 dəfə artdığını, 88 mühacirdən birinin həyatını itirdiyini və bu vəziyyətin narahatverici olduğunu bəyan edib.
NEMƏT