Bu gün Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir.
Teleqraf.com-un Gürcüstan KİV-ə istinadən xəərinə görə, Gürcüstan MSK 50 seçki dairəsində 2229 seçki məntəqəsi təşkil edib. Səhər 08.00-da başlayan səsvermə axşam saat 20.00-da başaçatacaq. Səsvermədə 2,47 milyondan artıq seçici iştirak edə bilər.
Seçkilərin ikinci turu 50 birmandatlı dairədə keçirilir. Bu dairələrdə namizədlərin heç biri lazım olan qədər (50%+1) səs ala bilməmişdi. İkinci turda hər dairədə ötən dəfə ən çox səs toplayan iki namizəd iştirak edəcək. Əksər dairələrdə mübarizə hakim "Gürcü arzusu" partiyası və Saakaşvilinin rəhbərlik etdiyi "Vahid Milli Hərəkat"ın namizədləri arasında gedəcək.
Səsvermənin ikinci turu azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı 36 saylı dairədə də keçirilir. Bu dairədə azərbaycanlı, "Vahid Milli Hərəkat" partiyasının namizədi Əhməd İmamquliyev mübarizə aparır. Onun rəqibi “Gürcü arzusu” partiyasının namizədi Tamaz Naverianidir.
Nihad