İraq ordusu Mosul əməliyyatını dayandırıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İraq ordusunun briqada komandiri Heydər Facil məlumat verib.
Onun sözlərinə görə, əməliyyatların dayandırılmasına səbəb döyüşlər gedən ərazilərdə görmə şəraitinin həddindən artıq zəif olmasıdır. General bildirib ki, fasilə müddətində İraq ordusu Mosulda azad etdiyi ərazilərdə möhkəmlənəcək.
Qeyd edək ki, Mosul əməliyyatları oktyabrın 17-də başlayıb və bu müddətdə 60-dan çox kənd İŞİD terrorçularından təmizlənib.
Samir