5 Noyabr 2016 21:25
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində gecə klubunda atışma baş verib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, hadisə nəticəsində 8 nəfər yaralanıb.

Atışma "Vinil" gecə klubunda baş verib. Polisdən bildiriblər ki, yaralılardan ikisi hadisəni törətməkdə şübhəli bilinirlər və onlar saxlanılıblar.

Qalan yaralılar - 4 qadın və 2 kişi xəstəxanaya yerləşdirilib. İnsidentin təfərrüatı barədə məlumat yoxdur.

Nihad


Müəllif: