6 Noyabr 2016 19:52
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Hakkari bölgəsində PKK terrorçuları terror törədib. Teleqraf.com xəbər verir ki, Hadisə nəticəsində azı beş əsgər xəsarət alıb.

Hakkarinin Çukurca kəndində yerə döşənmiş partlayıcının işə düşməsi nəticəsində yaralanan əsgərlər yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Bölgədə terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar aparılır.


Müəllif: