7 Noyabr 2016 14:01
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan parlamentinin Konstitusiya qanunvericiliyi, məhkəmə sistemi və hüquq-mühafizə orqanları ilə iş komitəsinin sədri Serik Akılbay terror təşkilatı yaratmaq və terrora təhrikçiliyə görə ölüm hökmünün tətbiqinə tərəfdar olduğunu bəyan edib.

Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, deputat hesab edir ki, terror aktlarının icraçıları çox vaxt beyni dumanlandırılmış sadə insanlar olur: "Halbuki təşkilatçıları güllələmək lazımdır! Onda qayda-qanun bərpa olunar. Hamı bilir ki, müxtəlif vasitələrlə, o cümlədən internetlə sadə adamları öz tərəflərinə çəkir, belələri də evini, ailəsini atıb cinayətkaralara qoşulurlar. Fikrimcə, bu sahədə qanunları sərtləşdirmək lazımdır".

Deputat bildirib ki, belə cinayətkarları Çində və Səudiyyə Ərəbistanında güllələyirlər: "Hətta özünü demokartik ölkə sayan ABŞ ştatlarında da bu cür cünayətkarlar üçün güllənmə hökmü nəzərdə tutulur".

Qazaxıstanda ölüm hökmünə 2003-cü ildə moratorium qoyulub. Ötən müddət ərzində iki dəfə - 2006-cı ildə müxalifət lideri Altunbay Sarsenbayevi ödürən Rüstəm İbrahimov, bu yaxınlarda isə Almatı şəhərində 10 nəfəri qətlə yetirmiş Ruslan Kulekbayev barəsində güllələnmə hökmü çıxarılıb.

MAHİR


Müəllif: