9 Noyabr 2016 12:37
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Demokrat Partiyasının sədri Vladimir Jirinovski ABŞ-da Respublikaçılar Partiyasının namizədi Donald Trampın yeni prezident seçilməsinin səbəblərindən danışıb.

Teleqraf.com xəbər verir ki, Jirinovskinin fikrincə, ən yaxşı namizəd qələbə qazanıb: “Niyə amerikalılar Trampa səs verdi? Çünki o, ən yaxşı namizəd idi. Hazırda dünyada ən mürəkkəb vəziyyət yaranıb. Hillari Klinton bizi müharibə ilə hədələyirdi. Onun üçün Rusiya əsas düşməndir. Əlbəttə, amerikalıların əksəriyyəti sakit həyat istəyir. Biz məmnuniyyətlə təsdiq edirik ki, ABŞ-da ən yaxşı namizəd qalib gəldi”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər