9 Noyabr 2016 18:37
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurası Krımın işğalında rol oynayan bəzi Rusiya və Ukrayna vətəndaşlarına yeni sanksiyalar tətbiq edilməsinə razılıq verib.

Teleqraf.com-un məlumatına görə, “Röyter” Slovakiyanın maliyyə naziri Petr Kazimirə istinadən belə bir məlumat yayıb.

“Şura yeni adlı siyahı tərtib edib, bu siyahı Ukraynanın ərazi bütövlüyünün pozulmasında rol oynayan insanlara qarşı məhdudlaşdırıcı tədbir kimi nəzərdə tutulub”, - deyə nazir Avropa İttifaqına üzv dövlətlərdən olan həmkarları ilə keçirilən görüşün yekunlarını şərh edərkən bildirib.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının qərarı “Rəsmi jurnal”da dərc edildikdən sonra qüvvəyə minəcək. Hal-hazırda sanksiya siyahısına Rusiya və Ukraynanın 146 fiziki və 37 hüquqi şəxsi daxildir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər