9 Noyabr 2016 22:11
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyanın Lissabon şəhərindəki muzeydə selfi etmək istəyən braziliyalı turist başına iş açıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, ehtiyatsızlıqdan 18-ci əsrə aid heykəli yıxıb. Hadisə zamanı heykəl yararsız vəziyyətə düşüb.

Muzeyin direktoru Xose Karvalonun sözlərinə görə, bu, muzey tarixində ilk belə hadisədir: "Heykəli yenidən qurmaq mümkün olmayacaq".

Araşdırmalar zamanı məlum olub ki, həmin turist bu ilin mayında 16-cı əsrdə kral olmuş I Sebastianın 126 yaşlı heykəlini də ehtiyatsızlıqdan zədələyib.

Samir


Müəllif:

Oxşar xəbərlər