"ABŞ-da keçirilən prezident seçkilərində qanun pozuntuları aşkar edilib".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ATƏT-in müşahidə missiyası məlumat yayıb.
ATƏT-in Parlament Assambleyasının sabiq prezidenti İlkka Kanervanın sözlərinə görə, aşkar olunan qanun pozuntuları seçkilərin nəticələrinə təsir edəcək səviyyədə olmayıb:
"Bunu qəbul etmək lazımdır ki, Donald Tramp ABŞ-ın yeni prezidentidir. Qayda pozuntuları isə seçkilərin nəticələrinə təsir edə biləcək səviyyədə deyil".
Samir