12 Noyabr 2016 17:45
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı kralı Salmanın doğma qardaşı Türki ibn Əbdül Əziz Əl-Suad bu gün dünyasını dəyişib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının SPA rəsmi agentliyi kral sarayına istinadən xəbər yaylıb.

Türki ibn Əbdül Əziz Əl-Suad hazırda heç bir vəzifə tutmasa da, 1968-1978-ci illərdə krallığın müdafiə nazirinin müavini olub.

Nihad


Müəllif: