"Müsəlman qardaşları"nın hakimiyyəti dövründə Misirdə qadınların banan, xiyar kimi məhsullara toxunmasını haram buyuran şeyx döyülüb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, şeyx 2011-ci ildə verdiyi fitvasında bildirmişdi ki, xiyar, banan kimi məhsullar qadınlarda seksual oyanış yaradır və onları yoldan çıxarır: "Yaxşı olardı ki, qadınlar Kişi cinsiyyət orqanına bənzəyən tərəvəz və meyələrə toxunmasın. Xiyarı kişilər doğrasın".
Sekulyar dünyagörüşlü şəxslər həmin şeyxi taparaq onu yaxşıca kötəkləyiblər.
Ayxan